Sen 10, 2022 10:49 Asia/Baku
  • Mişel Aun: Hizbullah bizim tərəfdaşımızdır

 Livan prezidenti Hizbullahı tərəfdaş adlandıraraq onu dəstəklədiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Mişel Aun Livanın “əl-Cumhuriyye” qəzetinə verdiyi müsahibədə Hizbullahla əlaqələri barədə bunları deyib: “Biz Livanın maraqlarına uyğun olaraq bu münasibətin bədəlini ödədik və Livan Milli Azadlıq Cəbhəsinin lideri Cibran Bassil də Hizbullah ilə ittifaqına görə amerikalılar tərəfindən cəzalandırıldı və buna görə peşman deyilik. Hizbullah Livan xalqının tərkib hissələrindən biridir və biz eyni torpaqda birlikdə yaşayırıq və orada israillilərlə, amerikalılarla və ya başqaları ilə deyil, Hizbullahla qalacağıq. Yəni, milli-mənəvi aksiomalar bizdən iyul müharibəsi kimi təhdidlər qarşısında hər hansı siyasi hesablamalardan və maraqlardan uzaq, tərəfdaşımızın yanında olmağı tələb edir. Müxtəlif səbəblərdən başqa bir müharibə vəziyyətində yenidən belə bir mövqe tutacağına dair suala cavab olaraq deyim ki, bəli, görəcəksiniz ki, bizim mövqeyimiz dəyişməyəcək; Bu mövqe prinsipial və milli olduğu üçün zamanla və digər şərtlərlə dəyişməyəcək...”

Teqlər