Apr 06, 2023 15:42 Asia/Baku
  • Əbdülməlik əl-Husi: Sionist rejimin Məscidül-Əqsaya hücumu şeytanlıqdır

Yəmən Ənsarullah Hərəkatının baş katibi Əbdülməlik əl-Husi sionistlərin Məscidül-Əqsaya hücumu ilə bağlı şeytani hərəkətini pisləyərək, onların qarşısında durmağı istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmən Ənsarullah Hərəkatının baş katibi Əbdülməlik əl-Husi sionistlərin Məscidül-Əqsaya hücumu ilə bağlı şeytani hərəkətini pisləyərək, onların qarşısında durmağı istəyib.

 Məlumata görə, Əbdül Maliki əl-Husi Fələstin xalqını müdafiə etməyi bütün müsəlmanların vəzifəsi hesab edərək çıxışında bildirib ki, " Fələstin xalqını məsuliyyətlə müdafiə etmək düşmən sionisti məğlub edəcək. Həmçinin, Yəmənin Ali Siyasi Şurasının sədri “Mehdi Əl-Məşat” da sionist qüvvələrin Əl-Əqsa məscidində fələstinlilərə edilən hücumu pisləyib.

 Xatırladaq ki, çərşənbə günü səhər saatlarında sionist əsgərlər Əl-Əqsa məscidinin həyətində Əl-Qubla zalında zəvvarlara hücum edərək, onları məsciddən zorla çıxarıblar.

 

 

Teqlər