Sionistlər Beyt Ləhmdə bir xəstaxanaya hücum ediblər
Sionist rejim hərbçiləri bu gün səhər saatlarında Beyt Ləhm şəhərindəki bir xəstəxanaya hücum ediblər və onun içərisinə gözyaşardıcı qaz atıblar.
SəhərAzəri-nin məlumatına əsasən, sionistlər illərdir öz ekspansionist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edir və fələstinliləri şəhid edirlər, yaralayırlar və ya həbs edirlər.
Fələstin mənbələrinin bildiridiyinə görə, Fələstinin Səhiyyə Nazirliyi bildirib ki, işğalçı sionist rejim hərbçiləri bu gün Beytləhm əyalətinin Beytcala Dövlət Xəstəxanasına hücum ediblər, xəstəxanaya gözyaşardıcı qaz atıblar, nəticədə çoxlu sayda xəstə və onları müşayiət edən yaxınları boğulmaq halına gəlib.
Fələstin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, sionist rejimin bu cinayətkar hücumunu qətiyyətlə pisləyib.
Bu arada, bir sıra sionist mühacirlər bu səhər ciddi təhlükəsizlik tədbirləri altında yenidən Məscidül-Əqsaya hücum ediblər.
Məscidül-Əqsa bu yaxınlarda sionist rejim hərbçilərinin dəstəyi ilə bu məscidə kütləvi şəkildə daxil olan sionist mühacirlərin hücumunun şahidi olub. Sionistlər Məscidül-Əqsaya hücumlarını və təcavüzlərini gücləndirməklə, bu məscidi zaman və məkan baxımından bölmək üçün zəmin yaratmağa çalışırlar.