May 03, 2023 16:51 Asia/Baku
  • İranın Suriyaya yardımı öz bəhrəsini veirir - TƏHLİL

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi suriyalı həmkarı Bəşar Əsədin rəsmi dəvəti ilə yüksək səviyyəli siyasi və iqtisadi rəsmilərdən ibarət nümayəndə heyətinin başında Dəməşqə səfər edib.

SəhərAzəri-nin məlumatına görə, İran İslam Respublikası 2011-ci ildən başlayaraq Suriyada təkfirçi terrorizmə qarşı mübarizədə aktiv rol oynayıb və bu önəmli mübarizədə dünya şöhrətli sərkərdə şəhid general Qasim Süleymaninin canfəşanlığı xüsusilə vurğulanmalıdır. Əslində müqavimət mehvərinə başçılıq etməklə şəhid Süleymani Suriya ordusunun terrorizmə qarşı mübarizədə qələbə çalmasında əvəzsiz rol oynadı və bu gün də İran İslam Respublikası həm terrorçu tör-töküntülərinin məhvində, həm də sionist İsrail rejimindən gələn təhlükələrin aradan qaldırılmasında Suriya dövlətinin yanında olaraq bu müsəlman ölkəsinin ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verməkdədir.

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei 2022-ci il mayın 8-də Suriyanın prezidenti ilə görüşdə bildirmişdir ki, Suriya xalqı və dövlətinin müqaviməti və beynəlxalq bir müharibədə qələbə çalması Suriyanın etibarı və iftixar hissinin artmasına səbəb oldu.”

Bu kontekstdə İranla Suriya arasında strateji xarakter daşıyan əlaqələrin inkişafı və prezident Rəisinin müttəfiq ölkəyə səfəri sionistlərin diqqətindən kənarda qala bilməz və sionist rejimin bəzi xəbər mənbələri bu səfərdən böyük narahatlıq ifadə ediblər.

Nəzərə almaq lazımdır ki, Suriya anti-sionist müqavimət cəbhəsinin fəal üzvüdür və bu ölkə hazırda ağır günlərini arxada qoyaraq, Aliməqamlı Rəhbərin söylədiyi kimi öz etibarını artırmağa müvəffəq olub.   

Təsadüfi deyil ki, bu günlərdə Suriya böhranına qarışan ölkələr öz məğlubiyyətlərini qəbul edərək, bir-birinin ardınca Dəməşqdə səfirliklərini açır və Suriyanın Ərəb Liqasına qayıtmasına yaşıl işıq yandırırlar.

Bu qayıdış həm də Suriyanın bölgədəki ənənəvi mövqeyinə qayıtması və İran İslam Respublikası da daxil, bölgədə müqavimət mehvərinin qələbəsi sayıla bilər.

Şübhəsiz ki, ərəb ölkələri ilə Suriya arasında diplomatik münasibətlərin normallaşdırılması məsələsi İran İslam Respublikasının mövqeyinə müsbət təsir göstərəcək. Buna görə də İsrail rejimi İran prezidentinin Suriyaya səfərini regionda baş verən strateji proseslər çərçivəsində izləyir.

 

Teqlər