Sionistlər müsəlmanlarla xristianlar arasında fitnə salmaq istəyirlər
Livan Hizbullahının baş katibi deyib: Quranı yandırmaq üçün bir xristianın seçilməsi göstərir ki, müsəlmanlarla xristianlar arasında fitnə salmaq üzrə sionist proqramlar icra olunmaqdadır.
Seyid Həsən Nəsrullah sionist rejimin Livana qarşı vəhşicəsinə hücumunun on yeddinci ildönümü münasibətilə etdiyi çıxışda deyib: İsveçdə Qurani-Kərimin yandırılması, təhlükəli və kədərli bir hadisədir və dünyadakı bütün azadələr onu pisləməlidirlər. İsveçdə Quranı yandıran şəxs İsrail rejiminin MOSSAD casusluq təşkilatı ilə əlaqədə olan iraqlı bir xristiandır.
Livan Hizbullahının baş katibi daha sonra söyləyib: Amerikanın böyük Yaxın Şərq planı Livanda baş tutmadı və bu planın pozulması Fələstin, İraq və İranda təkmilləşdi.
Seyid Həsən Nəsrullah qeyd edib ki, sionistlər və amerikanlar 2006-cı ildə Livana olan hücumlarının uğursuz qaldığını dəfələrlə etiraf ediblər.
Müqavimət Seyidi vurğulayıb ki: İşğalçıların Ceninə təcavüzü, müqavimətin hesabına, uğursuz qaldı. Qəsbkarlar Cenin əməliyyatı vasitəsilə çəkindiricilik yaratmaq istədilər. Amma məğlub oldular və müqavimət əməliyyatı davam etdi.