Nəsrullah: İsveç İslamla müharibə aparan ölkə sayılmaqdan çəkinməlidir
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah İsveçdə Qurani-Kərimin təhqir olunmasına münasibətdə, deyib: "Ərəb və müsəlman ölkələrinin bu alçaq hərəkətlə bağlı qəbul etdikləri mövqelər İsveç hökuməti ilə diplomatik və iqtisadi əlaqələrinin kəsilməsinə səbəb olmalıdır".
Seyid Həsən Nəsrullah şənbə günü verdiyi açıqlamada müsəlman dünyasının İsveç və Danimarka hökumətlərinin üzrxahlıqlarına aldanmamalı olduğunu bildirərək, deyib: "İraq hökumətinin öz müvəqqəti işlər vəkilini İsvedən çağırması rəsmi səviyyədə ən əhəmiyyətli təşəbbüs idi".
Hizbullahın baş katibi əlavə edib: "İsveç hökuməti bu yanaşmaya davam edərsə, İslam qanunlarına görə İslam və müsəlmanlarla müharibə aparan ölkə kimi təsnif ediləcək".
Nəsrullah həmçinin xəbərdarlıq edib ki, gər İsveçdə baş verənlərin arxasında Mossadın dayandığına dair qiymətləndirmə düzgün olarsa, o zaman biz davam edəcək bir hərəkatla üz-üzəyik və bu, möhkəm ictimai və rəsmi mövqelər tələb edir".
Hizbullah lideri İsveç hökumətini Həzrət Ayətullahül-üzma Xameneinin Qurani-Kərimi təhqir edənlərin pislənməsi ilə bağlı söylədiyi fikirlərə, xüsusilə də "İslama qarşı müharibə mövqeyi tutan hökumət" ifadəsinə diqqət yetirməyə çağırıb.
Nəsrullah əlavə edib: "Biz birlikdə bu döyüşü keçə bilərik və simvollarımıza və müqəddəslərimizə qarşı hər hansı təhqirin qarşısını ala biləcəyimiz günə çata bilərik".