Sionist rejim özünü toparlaya bilmir
Qəzzədə müharibənin 1-ci mərhələsinin qalibi HƏMAS-dır – TƏHLİL
Sionistlərin Qəzzə ilə bağlı planları puç olur, HƏMAS yenilməz orduya çevrilib.
Sionist rejimin baş naziri Benyamin Netanyahunun əvvəlki iddialarına baxmayaraq, öz mövqelərindən kənara çıxaraq atəşkəs rejiminə təslim oldu. O, əvvəllər heç bir atəşkəsi qəbul etməyəcəyini və qəbul etsə, bunun yalnız sionist məhbusların azad edilməsi üçün olacağını iddia etmişdi.
Hazırda isə qətiyyətlə demək olar ki, Netanyahunu mövqelərini qısaltmağa vadar edən ən mühüm səbəb sionist rejimin Qəzzədə qurudan hücumlarının uğursuzluğu olub. Çünki xunta rejimi İsrail son bir neçə həftə ərzində heç bir hərbi nailiyyət əldə etməyib, üstəlik günahsız insanlara hücum onu dünya səviyyəsində qınaq obyektinə çevirmişdir.
Əslində sionistlər tezliklə HƏMAS qüvvələrini mühasirəyə alacaqlarını, tunellərə girəcəklərini və sionist məhbusları azad edəcəklərini düşünsələr də, bu məqsədlərin heç birinə nail olmadılar və yalnız bir neçə xəstəxananı zəbt edə bildilər ki, bu da onların əvvəlki cinayətlərinə əlavə edilən cinayət hesab olunur, xüsusilə də, bu xəstəxanalarda iddialarının əsaslı olduğuna dəlalət edən heç bir şey tapılmayıb.
Belə bir şəraitdə Netanyahu rejimi yaxşı anlayır ki, əgər Qəzzədə daimi və ya uzunmüddətli atəşkəs tətbiq olunarsa, onun siyasi cəhətdən sonu çatacaq və qatil baş nazirin nəinki sionist rejimin siyasi səhnəsində yeri olmayacaq, hətta o, bir çox nasistin Nürnberq məhkəmələrində mühakimə olunduğu kimi bir gün məhkəmə qarşısına gətirilə bilər.
Buna görə də demək lazımdır ki, Netanyahu Qəzzə müharibəsini davam etdirsə də, etdirməsə də, onu ağır günlər gözləyir və bu qovğanın məğlub tərəfi batil rejim yəni işğalçı İsraildir. Cinayətkar rejim hazırda müharibənin birinci mərhələsinin məğlubiyyətini bütün vücudu ilə dadır və bundan sonra onun hansısa qələbəyə imza atacağını gözləyənlər yanılırlar.