Yan 15, 2024 15:06 Asia/Baku
  • İsraildə daxili parçalanmalar kəskinləşir - TƏHLİL

Qəzzə müharibəsi xunta rejiminin baş naziri Binyamin Netanyahunun hökumət kabinetini dava-dalaş meydanına çevirib, sadə sionistlər də onu qınaq obyektinə çeviriblər.

Netanyahunun kabinetində ikitirəliyin olması faktdır, lakin əvvəllər siyasi partiyalar və onların liderləri siyasi dalandan çıxmaq üçün konsensusa gələ bilmədilər. Bu səbəbdən dörd il ərzində beş parlament seçkisi keçirildi və 2022-ci ilin sonunda keçirilən beşinci seçkinin nəticəsi olaraq Netanyahu irqçi ekstremistlərin iştirakı ilə koalisiya hökuməti qurdu və bunun özü yeni ziddiyyətlərə yol açdı.

İndi Qəzzədə 100 gündür davam edən müharibə bu uçurumu daha da artırıb və ziddiyyətlər özünü müxtəlif formalarda göstərir. Misal üçün Netanyahu ilə onun bəzi nazirlər, xüsusilə də müharibə naziri arasında ciddi fikir ayrılıqları var.

Müharibə naziri Yoav Qallant Netanyahunu nazirliyin iş prinsipini pozmaqda ittiham edir və eyni zamanda, tərəflər arasında inamsızlıq böyüyür.

Bundan əvvəl Qallant Netanyahunun Qəzzə müharibəsi ilə bağlı məxfi məlumatları ona vermədiyini iddia etmişdi.

Əlbəttə, kabinet daxilindəki fikir ayrılıqları təkcə baş nazirlə müharibə naziri arasındakı fikir ayrılıqları ilə məhdudlaşmır, həm də nazirlər arasında etimadsızlıq yaranıb.

Bu fərqlərlə yanaşı, müharibə kabinetində parçalanmanın artdığı bildirilir. Elə bu günlərdə Netanyahunu tənqid edən və kabinet üzvü olmayan, lakin sionist rejimin döyüş kabinetinin üzvü olan Benni Qantz-ın sionist ailələrin nümayişində iştirak etdiyini göstərən şəkli yayılıb.

Sayı bir neçə minə çatan bu nümayişə qatılan etirazçılar Netanyahunun əleyhinə şüarlar səsləndirərək, hökumətin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Yəni bir tərəfdən Qantz sionist rejimin döyüş kabinetinin üzvüdür, digər tərəfdən isə Netanyahunun digər tənqidçiləri, məsələn Yair Lapid kimi, hələ də Netanyahunu hakimiyyətdən uzaqlaşdırmağa çalışır.

Aydındır ki, Netanyahunun Qəzzə müharibəsində hərbi məqsədlərinə çata bilməməsi siyasi parçalanmaları genişləndirib. Tənqidçilər, hətta kabinet daxilində və Likud partiyası daxilində belə hesab edirlər ki, Netanyahu Qəzzə müharibəsini uzatmaqla hakimiyyətdə qalmağa çalışır, eyni zamanda müharibə zamanı İsrailin üzərinə böyük xərclər qoyur, o cümlədən yüzlərlə İsrail əsgəri ölüb və 4000-dən çox hərbçi də yaralanıb.