May 10, 2024 11:47 Asia/Baku
  • Rəfəhə hücum, Amerikanın yaşıl içığı ilə baş tutub

Yəmən Ənsarullah hərəkatının rəhbəri sionist rejimin Rəfəhdəki hərəkətlərinə işarə ilə, bu əməllərin Amerikanın yaşıl işığı ilə baş tutduğunu bildirib və Vaşinqtonu sionistlərin cinayətlərinin ortağı adlandırıb.

Sionist rejimin müharibə hökuməti bazar ertəsi günü beynəlxalq müxalifətlərə rəğmən, Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinə qarşı quru hücumu həyata keçirdiyini təsdiq edib. Bu rejim ordusu çərşənbə axşamı günü Rəfəh şəhərinin şərqində yerləşən Rəfəh keçidinin Fələstin hissəsini işğal edib. Belə bir halda, Amerika/ İsrail rejiminin qeyd-şərtsiz hamisi kimi/ ötən yeddi aydan çox bir müddətdə nəinki Qəzzə zolağında atəşkəs üçün səy göstərməyib, əksinə, sionist rejimin Rəfəhə hücum üzrə qərarı kimi hallarda/ sükut etməklə,/ bu cinayətin davam etdirilməsinə bir təsdiq möhürü vurubdur.

Yəmən Ənsarullah hərəkatının rəhbəri Əbdülmalik Əlhusi sonra deyib: Rəfəh keçidinin qəsbkarlar tərəfindən işğal olunması təkcə Fələstin xalqını hədəfə almır, bu addım həm də Misir xalqı və ordusuna qarşı yönəlibdir.

Əlhusi əlavə edib: Rəfəh keçidinə hücum, Misirə meydanoxuma, onun təhlükəsizliyi üçün bir təhdid və iki tərəf arasındakı müqavilələrin pozulması deməkdir. Rəfəh keçidinə hücum, ərəb və islami ölkələrə qarşı təhrikedici hərəkət və onları kiçik saymaq kimi/ qoçuluq mahiyyəti daşıyır.

 

 

Teqlər