May 27, 2024 18:42 Asia/Baku
  • Təcili! Dəhşət

Fələstin Qızıl Aypara Cəmiyyəti Rəfəh çadırlarında qapalı qalmış bir çox insanın "diri-diri yandırıldığını" açıqlayıb.

Məlumatlara görə, Rəfəhdə çadırların yerləşdiyi bölgəyə edilən hücumda ölən və yaralananların sayı 100 nəfəri keçib.Fələstin Qızıl Aypara Cəmiyyəti də bildirib ki, İsrail səhiyyə sistemini məhv etdiyi üçün bu sayda qurbanlara xidmət etmək mümkün deyil.İordan vadisindəki Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas İsraili qaçqın düşərgəsini “qəsdən” hədəfə almaqda ittiham edib.Sərhədsiz Həkimlər Təşkilatı da "X" sosial şəbəkəsində Qəzzədəki vəziyyətdən narahatlığını ifadə edib və dərhal atəşkəsə çağırıb."Bu hücum Qəzzədə təhlükəsiz heç bir yerin olmadığını bir daha göstərir", - xeyriyyə təşkilatı yazıb

Teqlər