Rəfəhə hücum altında sionist rejimlə hər hansı müzakirə mümkün deyil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i411580-rəfəhə_hücum_altında_sionist_rejimlə_hər_hansı_müzakirə_mümkün_deyil
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas dünən gecə Rəfəhə hücum altında sionist rejimlə hər hansı müzakirəni rədd edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 29, 2024 09:01 Asia/Baku
  • Rəfəhə hücum altında sionist rejimlə hər hansı müzakirə mümkün deyil

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas dünən gecə Rəfəhə hücum altında sionist rejimlə hər hansı müzakirəni rədd edib.

Həmas liderlərindən olan Basim Nəim bu haqda belə deyib: Müqavimət/ sionist düşmənin Fələstin xalqına qarşı planlarını qurmaq və vaxt qazanmaq üçün danışıqlardan bir vasitə kimi istifadə etməsinə/ əsla yol verməyəcək.

O, söyləyib: Bizim üçün önəmli olan məsələ, soyqırım və kütləvi qırğın qarşısında xalqı müdafiə etməkdir. Hal-hazırda da heç bir tərəf bizimlə əlaqə saxlamayıb və müzakirə haqda heç bir yeni təklif də təqdim olunmayıbdır.

Bu Həmas rəsmisi əlavə edib: İşğalçıların Rəfəh keçidini qəsb etdikləri və öz nəzarətlərinə aldıqları bir halda, yeni danışıqlara girmək mümkün deyildir.