İyul 31, 2024 16:51 Asia/Baku
  • Qətər İsmayıl Həniyyənin terror edilməsini pisləyib

Qətər Dövləti Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin İranın paytaxtı Tehranda terror edilməsini ən sərt şəkildə pisləyib və bunu, iyrənc cinayət, təhlükəli eskalasiya və beynəlxalq və humanitar hüququn açıq şəkildə pozulması hesab edib.

Qətər Xarici İşlər Nazirliyinin “X” platformasındakı rəsmi hesabında dərc olunan bəyanatda deyilir: “Doha təsdiq edir ki, bu sui-qəsd əməliyyatı və İsrailin Qəzzədə mülki insanları hədəf almağa davam edən ehtiyatsız davranışı bölgəni xaosa sürükləyir və sülh şanslarını sarsıdır. Qətər motiv və səbəblərdən asılı olmayaraq, zorakılıq, terror və cinayət əməllərini, o cümlədən siyasi sui-qəsdləri qəti şəkildə rədd etdiyini təkrarlayər, deyə bəyanatda əlavə edilibQətər HƏMAS hərəkatının siyasi bürosunun rəhbərinin və onun şəxsi mühafizinin ailəsinə, Fələstin dövlətinə və onun qardaş xalqına başsağlığı veribQətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Ali Sani də öz növbəsində deyib: Danışıqların hər mərhələsində Qəzzədə mülki şəxslərə qarşı siyasi sui-qəsdlər və eskalasiya niyyəti belə bir sual doğurur: Danışıqların bir tərəfi digər tərəfi öldürdüyü halda necə müzakirə aparmaq olar?

Teqlər