Avq 23, 2024 11:55 Asia/Baku
  • İsrail 1 ildən az müddətdə süqut edə bilər

Sionist rejimin istefada olan generalı proqnoz verib ki, müqavimətlə aşınma müharibəsi davam edərsə, bu rejim bir ildən az müddətdə süqut edəcək.

Bu məlumata əsasən, İshaq Brik növbəti dəfə baş nazir Binyamin Netanyahunun atəşkəs razılaşmasına mane olmaq səylərini tənqid edərək deyib: “Netanyahunun əlavə şərtləri atəşkəs və girovların qaytarılmasını çətinləşdirdi”.

Brik HƏMAS və Hizbullahla müharibənin davam edəcəyi təqdirdə, sionist rejimin bir ildən az müddətdə süqut edəcəyi ilə bağlı xəbərdarlıq edərək vurğulayıb: “Yoav Qallant anlayır ki, biz Qəzzə bataqlığında boğuluruq, əsgərlərimizi itiririk və HƏMAS-ı məhv etmək məqsədimizə çatmayacağıq”.

 

Teqlər