Həmas hərəkatının siyasi bürosu sədrinin Livan Hizbullahının baş katibinə mesajı
Əl-Sinvar ofisi Seyid Həsən Nəsrullaha xitabən bildirib: Biz sizin şərəfli və sədaqətli duyğu ilə müşayiət olunan həmrəyliyinizə görə təşəkkür edirik. Sizin həmrəyliyiniz sizin müqavimət mehvərinin cəbhələrindəki mübarək hərəkətlərinizdə özünü göstərir.
Həmas hərəkatının siyasi bürosunun sədri Yəhya Əl-Sinvarın ofisinin Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullaha göndərdiyi mesajda sonra deyilir: Biz iftixar və minnətdarlıqla sizin/ İsmayıl Həniyyənin və onun cangüdəninin şəhadəti münasibətilə göndərdiyiniz başsağlığı mesajınızı aldıq. Biz sizin şərəfli və sədaqətli duyğu ilə müşayiət olunan həmrəyliyinizə görə təşəkkür edirik. Sizin həmrəyliyiniz sizin müqavimət mehvərinin cəbhələrindəki mübarək hərəkətlərinizdə özünü göstərir.
Biz təkid edirik ki, Həmas hərəkatı şəhidlərin qanlarına sədaqət sahəsində möhkəm dayanmaqda davam edəcək. Şəhid Həniyyənin tövsiyə etdiyi yüksək prinsiplər öz yerində və möhkəm qalmaqda davam edəcək və bizim hərəkatımız və döyüşçülərimiz həmin yolda addımlayacaqlar.