İsrail rejimində "Azərbaycan" kabusu
İsrail rejimində İrana casusluqda şübhəli bilinən Azərbaycanlı şəxslər saxlanılıb
SəhərAzəri-nin məlumatına əsasən, İsrail rejim polisi və “Şin Bet”in birgə bəyanatına görə, həbs edilənlər İran kəşfiyyat orqanlarına İsrail vətəndaşlarını işə cəlb etmək üçün tapşırıqlar yerinə yetirdikləri iddia edilən Lod şəhərinin 32 yaşlı sakinləri, rusdilli Rafael və Lalə Quliyevlərdir.
Onların İran xüsusi xidmət orqanları adından fəaliyyət göstərən Azərbaycandan olan Elşən (Elxan) Ağıyev (56 yaşlı) tərəfindən işə cəlb edildiyi qeyd edilir.
Onun rəhbərliyi ilə Quliyev MOSSADIN qərargahı kimi strateji hərbi obyektlər haqqında məlumat toplayıb və hər gün üçün 600 dollar alaraq INSS əməkdaşını məhv etmək məqsədi ilə müşahidə aparıb.
Quliyevlər həmçinin Hayfa limanını, Təl-Əvivdəki ictimai sığınacaqları, hətta 7 oktyabr qırğınının qurbanlarının məzarlarını da çəkiblər.
Ümumilikdə cütlüyün 3 il iranlılar üçün çalışdığı deyilir.