Hizbullah sionistlərə pilotsuz təyyarə hücumları ilə bağlı xəbərdarlıq edib
Şənbə günü Livan Hizbullahı yeni bir video yayımlayaraq, sionist rejim ordusuna və sionist qəsəbə sakinlərinə işğal olunmuş ərazilərə pilotsuz təyyarələrlə hücumu barədə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçiləri və sionist qəsəbə sakinlərinə ünvanlanan bu xəbərdarlıq mesajında deyilir: Yuxarıya baxın.
Hizbullahın işğal olunmuş Fələstin ərazilərində sionist sakinli qəsəbələrə raket hücumlarının bərpası ilə eyni vaxtda işğal olunmuş ərazilərdə xəbərdarlıq sirenləri eşidilib. Digər tərəfdən, sionist rejimin xəbər mənbələri də işğal olunmuş Fələstinin şimalında Qərbi Əl-Cəlil bölgəsində xəbərdarlıq sirenlərinin işə düşdüyünü bildiriblər.
Hizbullah həmçinin bir bəyanatda sionist rejimin irəliləyişinin qarşısını almaq üçün 26 əks əməliyyat keçirdiyini açıqlayıb. Sionist rejim mətbuatı şənbə günü axşam da Qəzzə zolağı ətrafındakı qəsəbələrdə partlayış səslərinin eşidildiyini bildiriblər. Bu xəbərin yayılmasından bir saat keçməmiş sionist mənbələr Qəzzə zolağından sionistlərin zolağın yaxınlığındakı Sderot qəsəbəsinə ən azı iki raketin atıldığını elan ediblər.
Sionist rejim ordusu sentyabrın 23-dən Livanın cənubunun müxtəlif bölgələrinə genişmiqyaslı hücumlara başlayıb və bu hücumlar hələ də davam edir. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, sionist rejimin hücumları nəticəsində indiyədək 2 min 968 livanlı şəhid olub, 13 min 319 livanlı isə yaralanıbdır.
Livan Hizbullahının bu ölkədə mülki vətəndaşları hədəf alması qarşısında səssiz qalmayıb və işğal altındakı Fələstinin şimalında İsrail rejiminin mövqelərinə və sionist sakinli qəsəbələrə qarşı çoxsaylı əməliyyatlar aparır.