Sionist rejim qırıcıları Livanın müxtəlif ərazilərini bombalayıb
Noy 03, 2024 15:09 Asia/Baku
Livan mediası bildiriblər ki, sionist rejim qırıcıları yenidən Livanın müxtəlif bölgələrini bombalamağa başlayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim qırıcıları bir neçə saat əvvəl Cebel Əkrəm dağlıq bölgəsində bir körpünü hədəfə alıblar.
Bu körpü Suriya-Livan sərhədindəki Əkkar və Hermel bölgələrini birləşdirirdi. Digər tərəfdən, 2 dəfə "Humin Əl-Təhta", "Əl-Mərc" ərazisi və "Kəfərfila" qəsəbəsindəki başqa bir ərazi İsrail qırıcıları tərəfindən hədəfə alınıb.
Həmçinin Livanın cənubundakı “Coya” və “Ədlon” qəsəbələri də İsrail qırıcıları tərəfindən bombalanıb.