Noy 15, 2024 12:07 Asia/Baku
  • Sionist ordusu sıralarında Livan müqaviməti türkiyəli komandanı məhv edib

Türkiyənin Ankara şəhərindən olan 21 yaşlı leytenant Ovari Dixtin Livanın cənubunda gedən döyüşlərdə məhv edilib. Sionist mənbələr xəbər verirlər ki, bu rejim ordusunun Qulani diviziyasının 51-ci batalyonunun komandanı Ankaralı kapitan Evari dikstin Livanın cənubunda öldürülüb.

  Sionist rejimin Qulani diviziyasının Livanın cəbunundakı təcavüzkar əməliyyatlarına qarşı müqavimət qüvvələrinin döyüşləri nəticəsində başqa 6 sionist hərbçinin də məhv edildiyi bildirilir ancaq kapitan Evari dikstinin Türkiyənin paytaxtı Ankaradan olması xüsusi diqqət çəkib.

7 noyabr 2024-cü ildə "Əl-Cəzirə" telekanalı bildirmişdi ki, Türkiyənin 4000 əsgəri Qəzzə qətliamında birbaşa iştirak edib.

Xəbərdə qeyd olunurdu ki, Türkiyənin 10 min əsgəri İsrail rejiminin Fələstinə qarşı apardığı amansız müharibədə rejimin ordu sıralarında döyüşür. Məlumatda qeyd edilir ki, onlardan 4 mini Qəzzə xalqının qırğınlarında birbaşa iştirak edib.Döyüşlərdə türk əsgərdən 65-nin məhv edildiyi bildirilir.

Türkiyədə siyasi fəallar sionist rejim ordusuna qoşulan türkiyəlilərin vətəndaşlığının ləğv edilməsinə çağırırlar. Ancaq hakimiyyət hələ bu çağırışlara münasibət bildirməyib.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan hələ də İsrail rejimini "cinayətkar" adlandırmağa davam edir.

Türkiyə xalqı və ictimaiyyət nümayəndələri, hakimiyyəti sionist rejimin fələstinlilərə qarşı cinayətlərində ikili yanaşmada ittiham edirlər.

Türkiyənin sionist rejimin enerji və ticarət malları ilə təmin olunmasındakı roluna qarşı bu ölkə daxilində və digər ölkələrdə vaxtaşırı etiraz aksiyaları keçirilir. Bunun son nümunəsi Türkiyənin şimal qərbində yerləşən Bursa sənaye şəhərciyində baş verdi. Fələstinə dəstək aksiyasının iştirakçıları Türkiyənin Blestar şirkəti ilə cinayətkar rejimin ZİM nəqliyyat şirkəti arasındakı əməkdaşlıqlara son qoyulmasını tələb etdilər. Həmçinin Yaponiyada Türkiyənin Tokyodakı səfirliyi qarşısında keçirilən dünənki aksiyada Türkiyədən işğalçı rejimə neft tədarükünu dayandırması tələb olundu. Türkiyənin Tokyodakı səfirliyi qarşısında keçirilən aksiyada iştirakçılar “ soyqırıma töhfə verməkdən çəkinin!” şüarları səsləndiriblər.

 

Teqlər