Yəmən İsrailin hədəflərinə PUA hücumu edib
Yəmən silahlı qüvvələri şənbə günü gecə işğal altındakı Fələstinin cənubundakı Ümm Əl-Rəşraş bölgəsində sionist düşmənin həyati əhəmiyyətli bir hərbi obyektinə pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb.
Yəmən ordusu və Ənsarullah Hərəkatı şənbə gecəsi verdiyi bəyanatda əməliyyatın bir neçə pilotsuz təyyarə ilə həyata keçirildiyini və hədəflərin uğurla vurulduğunu bildirib.
Bəyanatda vurğulanıb ki, bu cür əməliyyatlar Fələstin və Livan müqavimətinə dəstək və sionist rejimin təcavüzünə qarşı mübarizə istiqamətində davam edəcək.
Bəyanatda bildirilib ki, bu əməliyyatlar təcavüz bitənə, Qəzzə mühasirəsi aradan qaldırılana və Livana qarşı təcavüz dayandırılana qəsər davam edəcək.
Qeyd edək ki, Yəmən silahlı qüvvələri 2023-cü ilin noyabr ayından etibarən Qəzzə ilə həmrəylik çərçivəsində işğal olunmuş Fələstin ərazilərindəki obyektləri hədəf almaqla yanaşı, Qırmızı dənizdə və Babül-Mənədəb boğazında sionist rejimə məxsus yük gəmilərini və ya onlarla əlaqəli gəmiləri raket və pilotsuz təyyarələrlə hədəfə alır.