Sionistlərin yeni cinayətində 43 fələstinli şəhid olub
Sionist rejim Fələstindəki cinayətlərinin davamı olaraq, şənbə günü Qəzzə zolağını intensiv bombardman edib ki, nəticədə 43 fələstinli şəhid olub.
Fələstin mənbələri Əl-Cəzirə telekanalına bildiriblər ki, sionist rejimin Qəzzənin müxtəlif bölgələrini bombalaması səhər saatlarından bəri 43 vətəndaşın şəhid olmasına səbəb olub.
Səhiyyə rəsmiləri, bu şəhidlərin əksəriyyətinin Qəzzə zolağının şimalında yaşayan sakinlərdən, qalanlarının isə başqa bölgələrdən olduğunu bildiriblər.
Bu kontekstdə sionist rejimin dronları Qəzzə zolağının mərkəzində yerləşən Əl-Bəric və Əl-Nüseyrat düşərgələrində iki yaşayış binasını bombalayıblar.
Sionist rejim 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzə zolağına qarşı amansız müharibəyə başlayıb. Bu müddət ərzində Qəzzə zolağının evlərinin və infrastrukturunun 70 faizi bu müharibədə ciddi şəkildə dağıdılıb və acınacaqlı mühasirə və kritik humanitar böhran, misli görünməmiş aclıq və qıtlıq ilə birlikdə bu ərazinin sakinlərinin həyatını təhlükə altında qoyub.
Amma bütün bu cinayətlərə baxmayaraq, sionist rejim bu müharibədə hələ də öz məqsədlərinə nail ola bilmədiyini etiraf edir.