Noy 18, 2024 10:57 Asia/Baku
  • Sionist general həqiqəti dilə gətirdi

Tanınmış sionist general xunta rejim rəsmilərinin iddialarının əksinə olaraq ordunun Livanda irəliləyəcək gücə malik olmadığını və bu müharibənin İsraili məhvə sürüklədiyini vurğulayıb.

  Təsnim Xəbər Agentliyinin məlumatına görə, işğalçı rejim ordusunun ehtiyat qüvvələrinin tanınmış generalı və sionist əsgərlərin şikayətlərinə cavabdeh olan keçmiş zabit İshaq Brik deyib ki, İsrail ordusu yorğun vəziyyətdədir və əsgərlər orduda xidmət etməkdən yayınırlar.

İshaq Brik sionist rejimin keçmiş müharibə naziri Yoav Qallantın vəzifədən azad edilməsi və onun yerinə İsrael Katsın gətirilməsinə toxunaraq qeyd edib ki, o bu vəzifəni yerinə yetirmək iqtidarında deyil və əslində Benyamin Netanyahu özü müharibə nazirinin funksiyalarını həyata keçirir.

İşğal olunmuş Fələstinin şimal cəbhəsindəki döyüşlər və işğalçı ordunun ağır itkiləri ilə bağlı o, bildirib ki, İsrail Hizbullahı məhv etmək məqsədinə çatmaqdan çox uzaqdır və İsrail ordusunun quru qoşunları Livanda irəliləmək iqtidarında deyil.

Onun fikrincə, İsrail rejimi hər gün yüzlərlə Hizbullah raketinə məruz qalır və bu müharibə axırda İsraili məhv edəcək. Çünki Hizbullah qətiyyən təslim olmayacaq. Bunun nəticəsində sionist köçkünləri şimal bölgələrinə qaytarmaq real deyil.

Bu arada sionist rejimin hərbi analitiki Yossi Yehoşeh bir müsahibədə deyib: “Gəlin realist olaq. Biz bir il HƏMAS-ın təslim olmasına çalışdıq, lakin buna nail olmadıq və çox yaxşı bilirik ki, Hizbullah HƏMAS-dan 10 dəfə güclüdür”.

Bu sionist ekspert etiraf edib ki, xunta rejimi bu gün böyük qüvvə çatışmazlığından əziyyət çəkir və əlavə olaraq ehtiyatda olan qüvvələrin döyüşmək üçün motivasiyası yoxdur.

Sionist analitik əlavə edib ki, itkilərin çatışmazlığı kompensasiya etmək üçün 10 min yeni qüvvəyə ehtiyacı var.

Bununla yanaşı sionist tarixçi İlan Babi bəyan edib ki, müharibə başlayandan bəri təxminən 700 min israilli işğal olunmuş Fələstini tərk edib, lakin Statistika Bürosu adətən müvafiq rəqəmləri açıqlamır.

 

Teqlər