Sionist rejimin Sənaya etdiyi hava hücumundan görüntülər yayılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i417161-sionist_rejimin_sənaya_etdiyi_hava_hücumundan_görüntülər_yayılıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Yəmənin Səna Beynəlxalq Hava Limanına hücumu zamanı orada olduğunu və bir nəfərin yaralandığını bildirib.
(last modified 2024-12-28T09:23:50+00:00 )
Dek 28, 2024 11:55 Asia/Baku

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Yəmənin Səna Beynəlxalq Hava Limanına hücumu zamanı orada olduğunu və bir nəfərin yaralandığını bildirib.

Qebreyesus qeyd edib ki, Yəməndə saxlanılan BMT əməkdaşlarının azad edilməsi üçün danışıqlar aparmaq, həmçinin ölkədəki sağlamlıq və humanitar vəziyyəti qiymətləndirmək missiyası dünən başa çatıb:

“Təxminən iki saat əvvəl Sənadan təyyarəyə minmək ərəfəsində hava limanına hücum edildi. Təyyarənin ekipajının bir üzvü yaralanıb. Aeroportda azı 2 nəfərin öldüyü bildirilir”.