Yan 18, 2025 10:47 Asia/Baku
  • Sionist rejim Qəzzədəki hədəflərinə çatmadı

Yəmən Ənsarullah hərəkatının baş katibi vurğulayıb ki, sionist rejim Qəzzə zolağında elan etdiyi hədəflərə nail ola bilməyibdir.

  Seyid Əbdülməlik Bədrəddin öz həftəlik çıxışında belə deyib: Qəzzə zolağında atəşkəs razılaşmasının əldə olunmasının elan edilməsi mühüm bir hadisədir. Sionist düşmən və Amerika Qəzzə zolağında aylarla dəhşətli cinayətlər törətdikdən sonra atəşkəsi qəbul etməyə məcbur oldular.

O, qeyd edibdir ki: İsrail və Amerika Qəzzə zolağına təcavüz zamanı özləri üçün aşkar hədəflər cızmışdılar və onların reallaşması üçün səy göstərirdilər. Sionist düşmən Amerikanın tam iştirakı ilə Qəzzə zolağında Fələstin xalqına qarşı soyqırım törətməyə çalışdı və 4050-dən çox cinayət törətdi.

Əlhusi sonra belə söyləyib: Amerikanın iştirakı ilə edilən bu təcavüz dövründə Qəzzənin məzlumluğu ərəb və islami ölkələrin böyük laqeydsizlikləri və bəzi ərəb rejimlərinin əlbirlikləri artması ilə müşayiət olundu.

Ənsarullah hərəkatının baş katibi qeyd edibdir ki: Əl-Qəssam batalyonlarındakı Qəzzə mübarizlərinin Qüds batalyonları və digər cinahlarla yanaşı ən çətin şəraitlərdə və ən sadə qabiliyyətlərlə olan müqaviməti/ böyük bir hadisədir. Sionist düşmən müqavimətə son qoymaq və Qəzzədəki bütün mübarizləri aradan götürmək yolunda məğlub oldu.

Əlhusi əlavə edib: Fələstin xalqı və müqavimətinin qəhrəmancasına fədakarlıq sahəsindəki yüksək hazırlığı, şücaəti, iradəsi və iman qüdrəti, həmçinin onların müxtəlif şəraitlərə uyuşmaları sionist düşməni və amerikalıları Qəzzədə nakam qoydu.

Ənsarullah lideri çıxışının digər bir hissəsində belə söyləyib: Həmas-ın siyasi mövqeyi Qəzzədə Fələstin xalqının və mübarizlərinin meydan fədakarlıqları və müqavimətinə sadiq idi. Amerikalılar böyük məğlubiyyət və uğursuzluqdan sonra razılaşma seçiminə üz tutdular, çünki heç bir üfüqün olmadığı məlum olmuşdu.

O, sonra belə qeyd edib: Sionist düşmənlə on beş ay mübarizə bütün ümməti hədəfə alan bir döyüş olaraq, Fələstin xalqının tarixinin nəzərəçarpacaq dövrlərindən sayılır. Fələstinlilərin bu dövrdə işğalçı rejimlə mübarizə üzrə müqavimət səviyyəsi öncəki hər bir dövrdən yüksəkdir.

 

Teqlər