Gürcüstanda koronavirusa görə qoyulan məhdudiyyətlər mərhələli şəkildə götürüləcək
https://azeri.sahartv.ir/news/qafqaz-i360942-gürcüstanda_koronavirusa_görə_qoyulan_məhdudiyyətlər_mərhələli_şəkildə_götürüləcək
Gürcüstanda koronaviorusa görə tətbiq edilən məhdudiyyətlər 6 mərhələdə aradan qaldırılacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2020 12:53 Asia/Baku
  • Gürcüstanda koronavirusa görə qoyulan məhdudiyyətlər mərhələli şəkildə götürüləcək

Gürcüstanda koronaviorusa görə tətbiq edilən məhdudiyyətlər 6 mərhələdə aradan qaldırılacaq.

APA-nın verdiyi məlumata görə,  bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Qurumlararası Koordinasiya Şurasının iclasında bildirib. Onun sözlərinə görə, aprelin 27-də başlanacaq ilk mərhələdə ölkə ərazisində avtomobillərin hərəkəti və taksi fəaliyyəti bərpa ediləcək, onlayn qaydada topdan və pərakəndə satış, həmçinin aqrar tipli bazarların fəaliyyəti bərpa ediləcək.

Məhdudiyyətlərin götürüləcəyi sonuncu-altıncı mərhələdə isə əyləncə və istirahət mərkəzlərinin, idman zallarının,  hotellərin, təhsil müəssisələrinin fəaliyyətinə icazə veriləcək.

Giorgi Qaxariya qeyd edib ki, mərhələlərin tətbiqi arasında 2 həftə interval olacaq.