Apr 25, 2020 15:15 Asia/Baku
  • Rusiya ABŞ-ın Gürcüstandakı bioloji sınaqlarına reaksiya verib

Rusiya Pentaqon tərəfindən Gürcüstan ərazisində bioloji silahlar üzərində aparılan sınaqlar ilə bağlı nigarançılıqların aradan qaldırılması üçün ABŞ-ın konkret addımlar atmasını istəyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova vurğulayıb: Pentaqon-un dünyanın müxtəlif bölgələrində, o sıradan Rusiya sərhədləri yaxınlığındakı hərbi və bioloji fəaliyyətləri ciddi suallar doğurubdur; xüsusən Gürcüstan ərazisindəki «Riçard Loger» adlı üzdəniraq ümumi sağlamlıq araşdırmaları mərkəzinin fəaliyyəti. Orada amerikalı hərbçilər ikili fəaliyyət proqramı icra edirlər ki, Vaşinqton onu bioloji silahların qadağanı üzrə konvensiyanın etimadyaratma hərəkətlərinin bir hissəsi kimi yad edir.

Zaxarova sonra deyib: Biz Amerikadan istəyirik ki, bioloji silahların və sınaqların qadağanı üzrə konvensiya əsasında öz məsuliyyətlərini yerinə yetirsin və yuxarıda qeyd olunan nigarançılıqların aradan qaldırılması üçün konkret tədbirlər nəzərdə tutsun.

Ötən on ildə Çində və Rusiyanın Gürcüstanla sərhəd bölgələrində yayılmış Afrika taunu məhz Amerika laboratoriyalarından mənşə alıbdır.

RUSİYA ABŞ-IN GÜRCÜSTANDAKI BİOLOJİ SINAQLARINA ETİRAZ EDİB

Teqlər