Gürcüstanda daha 29 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Apr 26, 2020 13:57 Asia/Baku
Son sutka ərzində Gürcüstanda daha 29 nəfərin yeni növ koronavirusa (COVİD-19) yoluxduğu aşkarlanıb.
APA-nın verdiyi məlumatına görə, bu barədə “StopCov.ge” saytında məlumat yerləşdirilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 485 nəfərə çatıb. Ötən sutka ərzində virusa yoluxan 83 yaşlı kişi həyatını itirib. Beləliklə, ölənlərin sayı 6 nəfərə çatıb.