Gürcüstanda koronavirusa yoluxanların sayı 539 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i361165-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_539_nəfərə_çatıb
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 539 nəfərə çatıb. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2020 07:54 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 539 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 539 nəfərə çatıb. 

APA-nın  xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5256 nəfər saxlanılır, stasionar müalicədə isə 548 nəfər var. Virusa yoluxmuş şəxslərdən 178-i sağalıb, 6 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.