Erməni iqtisadiyyatçı Ermənistan hökumətini səriştəsizlikdə ittiham edib
Ermənistan Milli Şura Məclisinin keçmiş sədr müavini deyib: Son iki ildə hökumətin heç bir irəliləyişi olmayıb.
İranın erməni dilində sərhədaşırı radiosunun bildirdiyinə görə, Vardan Bostançıyan deyib: Fəhlələrin durumu gün-gündən ağırlaşır və hökumət sosial xidmətlər göstərməkdə acizdir.
Bu erməni iqtisadiyyatçının dediyinə görə, Ermənistanın iqtisadi göstəricilərini proqnoz etmək çətindir ona görə ki, idarəçilikdəki səriştəsizlik və destabillik real analiz təqdim etməyə imkan vermir, ancaq buna baxmayaraq hökumət hələ də 2 faizlik iqtisadi inkişaf gözləyir.
Ermənistanın keçmiş baş naziri Herand Baqratiyan da vaxtı ilə hazırkı hökumətin iqtisadi fəaliyyətini sual altına alaraq demişdi ki, Ermənistanda heç bir iqtisadi inqilab baş verməyib.
Baqratiyan həmçinin Nikol Paşiniyan tərəfindən "misli görünməmiş iqtisadi inkişaf" iddiaları və statistikalrı şübhə altına alaraq hökuməti xalqı aldatmaqda ittiham etmişdir.