Gürcüstanda koronavirusa yoluxanların sayı 589 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i361274-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_589_nəfərə_çatıb
Gürcüstanda  yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 589 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2020 06:59 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 589 nəfərə çatıb

Gürcüstanda  yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 589 nəfərə çatıb.

APA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Qeyd olunub ki, hazırda koronavirus səbəbi ilə 5066 nəfər karantində saxlanılır, 528 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 207-si sağalıb, 8-i isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.