May 04, 2020 12:18 Asia/Baku
  • Gürcüstanda sərbəst hərəkət qadağası qismən qaldırılır

Gürcüstanın Batumi və Kutaisi şəhərlərində koronavirus pandemiyası ilə əlaqədar sərbəst hərəkətə qoyulan məhdudiyyət mayın 5-dən götürüləcək. 

APA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib. O qeyd edib ki, Tbilisi və Rustavi şəhərlərində tətbiq edilən məhdudiyyətlər həftə sonunadək qüvvədə qalacaq.

"Tbilisi və Rustavi ilə bağlı müvafiq qərar isə qarşıdakı günlərdə veriləcək", - deyə G. Qaxaria bildirib.

Məlumatda qeyd olunur ki, aprelin 14-dən Gürcüstanın Tbilisi, Kutaisi, Batumi və Rustavi şəhərlərində sərbəst hərəkət məhdudlaşdırılıb.

Teqlər