Gürcüstanda koronavirusa yoluxanların sayı 593 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i361322-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_593_nəfərə_çatıb
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 593 nəfərə çatıb. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2020 07:55 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 593 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 593 nəfərə çatıb. 

APA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.ge” internet saytında bildirilib. 

Qeyd olunub ki, qonşu ölkədə koronavirus  səbəbi ilə 4830 nəfər karantində saxlanılır, 521 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Həmçinin bildirilib ki, indiyədək virusa yoluxanlardan 223 nəfəri sağalıb, 9 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.