Gürcüstanda koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb
https://azeri.sahartv.ir/news/qafqaz-i361353-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_600_nəfəri_ötüb
Gürcüstanda daha 11 nəfər  yeni növ koronavirusa (COVID-19) yoluxub. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2020 05:53 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb

Gürcüstanda daha 11 nəfər  yeni növ koronavirusa (COVID-19) yoluxub. 

APA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkə üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 604-ə çatıb.

Bildirilib ki, qonşu ölkədə koronavirus səbəbi ilə 4887 nəfər karantində saxlanılır, 550 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 240-ı sağalıb, 9-u isə ölüb.

Məlumatda bildirilir ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.