Ermənistanda koronavirusdan ölənlərin sayı 40 nəfərə çatdı
https://azeri.sahartv.ir/news/qafqaz-i361362-ermənistanda_koronavirusdan_ölənlərin_sayı_40_nəfərə_çatdı
Ermənistanda koronavirusa yoluxanların sayı 2 619 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2020 12:20 Asia/Baku
  • Ermənistanda koronavirusdan ölənlərin sayı 40 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 2 619 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 112 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Həmçinin, son sutkada 1 nəfərin koronavirusdan ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 40 nəfər koronavirusun qurbanı olub, 1 462 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.