Baqratyan Ermənistanda koronavirusla bağlı vəziyyəti “dəhşətli” adlandırdı
https://azeri.sahartv.ir/news/qafqaz-i361426-baqratyan_ermənistanda_koronavirusla_bağlı_vəziyyəti_dəhşətli_adlandırdı
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan yerli KİV-lərə müsahibəsində bildirib ki, ölkədə koronavirus epidemiyası ilə bağlı situasiya sadəcə olaraq dəhşətlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2020 08:14 Asia/Baku
  • Baqratyan Ermənistanda koronavirusla bağlı vəziyyəti “dəhşətli” adlandırdı

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan yerli KİV-lərə müsahibəsində bildirib ki, ölkədə koronavirus epidemiyası ilə bağlı situasiya sadəcə olaraq dəhşətlidir.

Baqratyan xatırladıb ki, martın ortalarında Ermənistanda fövqəladə vəziyyət elan ediləndə o vaxt 18 koronavirus xəstəsi vardı, bu gün isə xəstələrin sayı 3 min nəfərə yaxınlaşır. Yəni Ermənistan bu məsələdə əhalisinin sayına görə bütün dünyanı ötüb keçib.

O qeyd edib ki, Ermənistanda fövqəladə vəziyyət rejimi formaldır. Hakimiyyət gücləndirilmiş rejimə hazır deyil.

BAQRATYAN ERMƏNİSTANDA COVİD-19 DURUMUNU DƏHŞƏTLİ ADLANDIRIB