Ermənistan MTX-də kütləvi istefa olub?
Eduard Martirosyanın işdən çıxması barədə ərizə verdiyini təkzib edib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) direktorunun səlahiyyətlərini icra edən Eduard Martirosyanın işdən çıxması barədə ərizə verdiyini təkzib edib.
AzəriSəhər “Report”-un “Aysora”a istinadən verdiyi məlumata istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan MTX-nin Mətbuat Xidməti yayıb.
“Ermənistan MTX-nin direktoru Eduard Martirosyan və bir sıra əməkdaşların işdən çıxmalarına dair ərizə yazması həqiqətə uyğun deyil”, - MTX-nin Mətbuat Xidmətindən bildirilib.Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i Arqişti Karamyanın MTX direktorunun müavini təyin edilməsi ehtimalına etiraz olaraq qurumun onlarla əməkdaşının istefa ərizəsi yazdığına dair məlumat yaymışdı.
Orada qeyd olunurdu ki, Arqişti Karamyan MTX-yə direktor təyin ediləcək.Xatırladaq ki, ötən gün bu qurumun əməkdaşlarının koronavirusa qarşı mübarizə fonduna pul köçürmək istəməmələri barədə də məlumat yayılmışdı.