Ukrayna prezidenti Mixail Saakaşvilini vəzifəyə təyin edib
May 08, 2020 11:03 Asia/Baku
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini İslahat Komitəsinin sədri vəzifəsinə təyin edib.
APA-nın məlumatına görə, bu barədə yerli “unian.net” xəbər portalı məlumat yayıb.
Qeyd edilib ki, daha əvvəl Vladimir Zelenski Saakaşvilinin bu vəzifədəki səlahiyyətlərini genişləndirmək niyyətində olduğunu bildirmişdi. Bu o deməkdir ki, Saakaşviliyə hökumət iclaslarında iştirak etmək hüququ veriləcək.