Ukrayna prezidenti Mixail Saakaşvilini vəzifəyə təyin edib
https://azeri.sahartv.ir/news/qafqaz-i361499-ukrayna_prezidenti_mixail_saakaşvilini_vəzifəyə_təyin_edib
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini İslahat Komitəsinin sədri vəzifəsinə təyin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2020 06:33 Asia/Baku
  • Ukrayna prezidenti Mixail Saakaşvilini vəzifəyə təyin edib

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini İslahat Komitəsinin sədri vəzifəsinə təyin edib.

APA-nın məlumatına görə, bu barədə yerli “unian.net” xəbər portalı məlumat yayıb. 

Qeyd edilib ki, daha əvvəl Vladimir Zelenski Saakaşvilinin bu vəzifədəki səlahiyyətlərini genişləndirmək niyyətində olduğunu bildirmişdi. Bu o deməkdir ki, Saakaşviliyə hökumət iclaslarında iştirak etmək hüququ veriləcək.