Gürcüstanda koronavirusa yoluxanların sayı 623 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i361501-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_623_nəfərə_çatıb
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 8 yeni yoluxma halı qeydə alınıb.  
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2020 06:47 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 623 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 8 yeni yoluxma halı qeydə alınıb.  

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. 

Bununla da ölkədə virusa yoluxanların sayı 623 nəfərə çatıb. 

Qeyd olunub ki, koronavirus səbəbi ilə 4723 nəfər karantində saxlanılır, 446 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 288 nəfəri sağalıb, 9 nəfəri isə vəfat edib.