Ermənistanda koronavirusa yoluxanların sayı 3 min nəfəri ötdü
https://azeri.sahartv.ir/news/qafqaz-i361502-ermənistanda_koronavirusa_yoluxanların_sayı_3_min_nəfəri_ötdü
Ermənistanda koronavirusa yoluxanların sayı 3 029 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2020 06:59 Asia/Baku
  • Ermənistanda koronavirusa yoluxanların sayı 3 min nəfəri ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 3 029 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 145 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 43 nəfər koronavirusun qurbanı olub, 1 758 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.