May 09, 2020 15:40 Asia/Baku
  • Ermənistan parlamentində dava düşüb

Ermənistan parlamentinin iclasında hakim partiyanın və müxalifətin nümayəndələri höcətləşmədən sonra bir-birilərini döyüblər.

Bu qarşıdurma dünən müxalif «Maariflənmiş Ermənistan” fraksiyasının sədri ilə “Mənim hərəkətim” fraksiyasının nümayəndəsi arasında baş verib. Parlament sədri iclası dayandırmaq qərarına gəlib. Qeyd edək ki, baş nazirin və nazirlərin iştirakı ilə keçirilən bu iclasda hökumətin proqramı nəzərdən keçirilirmiş.

Ermənistanın baş naziri Nikol Paşinyan bu iclasda deyib: Bu hərəkət parlamentdə gərginlik yaratmaq məqsədilə həyata keçirildi ki, təəssüflə, “Mənim hərəkətim” fraksiyasının nümayəndələri onun tələsinə düşdülər.

Paşinyanın sözləri tənqidlərə səbəb olub. Qeyd olunub ki, o, “Mənim hərəkətim” fraksiyasının rəhbəri kimi deyil, bir baş nazir kimi çıxış etməli və tərəfləri təmkinliliyə səsləməli idi. Zira o, o zaman fraksiyanın rəhbəri deyil, Ermənistanın birinci dərəcəli şəxsi kimi bu ölkə parlamentində iştirak edirdi.

ERMƏNİSTAN PARLAMENTİNDƏ BİABIRÇILIQ

 

Teqlər