Gürcüstanda koronavirusa yoluxanların sayı 638-ə çatıb
May 11, 2020 11:06 Asia/Baku
Gürcüstanda daha 3 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
SaharAzeri APA-ya istinadən xəbər verir ki,bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.gov.ge” xüsusi internet saytında bildirilib. Bununla da ölkədə təsdiqlənmiş yoluxanların sayı 638 nəfərə çatıb.
Qonşu ölkədə koronavirus səbəbi ilə 4896 nəfərin karantində saxlanıldığı, 444 nəfər isə stasionar şəraitdə müalicə olunduğu bildirilib. Yoluxanlardan 317-si sağalıb, 10-u isə ölüb.