May 14, 2020 14:56 Asia/Baku
  • Ermənistanda fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyunun 13-dək uzadılıb.

 

SaharAzeri-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ermənistan hökumətinin bugünkü iclasında qərar qəbul edilib.

Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın yüksək olması səbəbi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Xatırladaq ki, Ermənistanda indiyə kimi 3 860 nəfər virusa yoluxub, 1 572 nəfər sağalıb, 49 nəfər ölüb.

 

Teqlər