ABŞ ekspertləri Ermənistanda nə axtarır?
Ermənistandakı bioloji laboratoriyalarda nə baş verir?
Amerikanın İrəvandakı səfirliyi amerikalı ekspertlərin Ermənistandakı bioloji laboratoriyalara baş çəkdiklərini təsdiq edib
SəhərAzəri xəbər verir, Amerikanın İrəvandakı səfirliyi bu ölkənin Ermənistandakı bioloji laboratoriyalardakı fəaliyyətlərə aydınlığın gətirilməsinə dair müxbir sualının cavabında yazıb: Amerika ekspertləri keçmişdə Ermənistan hökumətinin razılığı ilə bu laboratoriyalara baş çəkiblər.
Belə bir halda, Ermənistanın idman və gənclər nazirinin sabiq müavini və «Erməni qartalları» partiyasının sədri Xaçik Aseryan deyib ki, Ermənistanda yerləşən bioloji laboratoriyalar Ermənistan Respublikasının milli təhlükəsizliyi və suverenliyinə böyük bir zərbədir.
Bundan öncə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü də ABŞ-ın Ermənistandakı bioloji laboratoriyalarının şübhəli fəaliyyətlərinə etiraz etmişdi.
Deyilənlərə görə, bu laboratoriyalarda müxtəlif viruslar və xəstəlik amilləri mütaliə olunur.
ABŞ rəsmiləri çoxdandır ki, İrəvanı ABŞ-ın Ermənistandakı üç bioloji laboratoriyasına lisenziya vermək üçün təzyiq altında qoyublar. Pentaqon indiyədək bu laboratoriyaların modernləşdirilməsi üçün on milyon dollar xərc çəkibdir.