Gürcüstanda komendant saatı ləğv edilir
https://azeri.sahartv.ir/news/qafqaz-i362035-gürcüstanda_komendant_saatı_ləğv_edilir
Sabahdan Gürcüstanda komendant saatının tətbiqi dayandırılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2020 09:53 Asia/Baku
  • Gürcüstanda komendant saatı ləğv edilir

Sabahdan Gürcüstanda komendant saatının tətbiqi dayandırılır.

SaharAzeri APA-ya istinadla bildirir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, hökumət mayın 22-dən etibarən fövqəladə vəziyyət rejiminin və komendant saatının tətbiqinin dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Gürcüstanda COVID-19 pandemiyası ilə əlaqədar olaraq martın 21-də fövqəladə vəziyyət elan edilib. Martın 31-dən etibarən 21:00-06:00 radələrində bütün ölkə ərazisində komendant saatı tətbiq edilir.