May 27, 2020 11:20 Asia/Baku
  • Ermənistanda bu bioloji silahın sınağı aparılır - Şok

Ermənistanın DTRA biolaboratoriyasında entomoloji silahın – həşəratlardan infeksion xəstəliklərin yayılması üçün istifadənin effektivliyi test edilir.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Verelq.am” saytı yayıb.

Sayt laboratoriyada leyşmaniya, Çikunqunya virusu, ençefalit, Denqe və Rift Valli qızdırmaları üzərində xüsusi təcrübələrin aparıldığını göstərən sənədlərin olduğunu bildirib:

“Təsadüfi deyil ki, Ermənistan mutasiyaya məruz qalan virusların qeydə alındığı ölkədir. Onların bəziləri ölkədən bütün Cənubi Qafqaza yayılıb. Bu da amerikalılara məlumat verir ki, biosilah Rusiyanın cənub sərhədləri, eləcə də İranda necə işləyə bilər. Təkcə Ermənistanda biolaboratoriyaların və informasiya şəbəkəsinin yaradılmasına Pentaqon 50 milyon dollardan çox pul xərcləyib”.

Teqlər