Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü
https://azeri.sahartv.ir/news/qafqaz-i362367-ermənistanda_bir_gündə_15_nəfər_koronavirusdan_öldü
Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2020 06:57 Asia/Baku
  • Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb.

SəhərAzəri - Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 442 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 15 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 113 nəfər koronavirusdan ölüb, 4 816 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.