covid-19 meydan oxuyur
Paşinyan: “Ölkədə 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb”
Ermənistanda koronavirusa yoluxduğu təsdiq olunan 400-dən çox pasiyentin vəziyyəti ağır və ya son dərəcə ağırdır.
SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Koronavirusa yoluxmuş 358 pasiyent ağır vəziyyətdədir, 58 nəfərin vəziyyəti son dərəcə ağırdır. 15 insan süni nəfəs aparatına qoşulub", - baş nazir onlayn-brifinqdə deyib.
Ermənistanda martın 16-da iyunun 13-dək koronavirusun yayılması ilə mübarizə üçün fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə COVID-19 8 927 insanda aşkar edilib, 127 nəfər ölüb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.