Gürcüstanda koronavirusa yoluxanların sayı 808 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i362794-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_808_nəfərə_çatıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) cəmi 3 yoluxma halı qeydə alınıb. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2020 07:57 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 808 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) cəmi 3 yoluxma halı qeydə alınıb. 

 SaharAzeri APA-ya istinadla xəbər verir, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib.  Bununla da ölkədə  yoluxanların sayı 808 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 2955 nəfər karantində saxlanılır, 276 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 663 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.