Gürcüstanda koronavirusa yoluxanların sayı 809 nəfərə çatıb
İyun 07, 2020 14:05 Asia/Baku
Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) yalnız 1 yoluxma halı qeydə alınıb.
SəhərAzeri APA-ya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 809 nəfərə çatıb.
Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3161 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 674 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.