Ermənistanda koronavirusa yoluxanların sayı 25 mini keçib
https://azeri.sahartv.ir/news/qafqaz-i363885-ermənistanda_koronavirusa_yoluxanların_sayı_25_mini_keçib
Ermənistanda son sutka ərzində daha 482 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2020 06:20 Asia/Baku
  • Ermənistanda koronavirusa yoluxanların sayı 25 mini keçib

Ermənistanda son sutka ərzində daha 482 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

SəhərAzəri -  APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 7 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 433 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 13 297 nəfərdir.